Ana Sayfa > Karusel / Siyasət / Dünya / Xəbəraz TV > Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı
Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı6-03-2017, 22:39. Yazar: Xeberaz |
ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti yenidən İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub. Əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir. Xatırladaq ki, yanvarın 27-də D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb. Geri dön |