Ana Sayfa > Karusel / Hadisə / Dünya / Foto-fakt / Xəbəraz TV > Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO - FOTO

Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO - FOTO


6-03-2017, 18:12. Yazar: Xeberaz
Şimali Qafqazda dəhşətli uçqun: 7 nəfər həlak oldu - VİDEO - FOTO

Kabarda-Balkardakı Çeqet dağında qar uçqunu nəticəsində 7 nəfər həlak olub.
"Xəbəraz.az "İtar-TASS-a istinadən bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin yetkilisi Kantemir Berovun dediyinə görə, uçqunun altından cəsədlər çıxarılıb.

Cəsədləri tapılanlar 29 yaşlı Vladimir Şanin və onun həyat yoldaşı, 25 yaşlı Yana Şaninadır. Uçqunun digər qurbanları 27 yaşlı Nina Sobol, 34 yaşlı Aleksandr İvanov və Nijni Novqorod sakini 30 yaşlı Oksana Sannikovadır. Həlak olmuş iki nəfərin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Vladimir və Yana Şanina bu yaxınlarda ailə qurmuşdular.

Xilasetmə və axtarış işlərində Rusiya FHN-nin 49 əməkdaşı iştirak edib.

Uçqun Çeqet dağının xizəkçiliyin yasaqlandığı yamacında, 3400 metr yüksəklikdə, "Şimal Sirki" deyilən yerdə başlanıb.


Geri dön