Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycan Prezidenti Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib

Azərbaycan Prezidenti Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib


6-03-2017, 12:41. Yazar: Xeberaz
Azərbaycan Prezidenti Bakıda “Ürək Mərkəzi”nin açılışında iştirak edib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.
Geri dön