Ana Sayfa > Karusel / Gündəm / M2 > Mehman Hüseynovdan xəbər var - vəkili həbsxanada görüşüb

Mehman Hüseynovdan xəbər var - vəkili həbsxanada görüşüb


6-03-2017, 12:12. Yazar: Xeberaz
Mehman Hüseynovdan xəbər var - vəkili həbsxanada görüşüb

Ötən həftə barəsində 2 il həbs cəzası çıxarılmış bloqqer Mehman Hüseynovdan xəbər var. Onun vəkili Elçin Sadıqov sosial şəbəkədəki səhifəsində bu barədə məlumat yayıb.

E.Sadıqov yazır:

"Bir az əvvəl Şüvəlan təcridxanasında Mehman Hüseynovla görüşdüm. Həmişəki Mehmandır, əhvalı yüksəkdir, zarafat-"prikollarından" qalmır...

Artıq Mehmanı kameraya yerləşdiriblər. Kamerada 5 nəfərdilər. Yerləri darısqal deyil. Şəraitdən razılıq etdi. Kamerada kabinet-sanitar qovşaq, televizor var. Yerli telekanalları izləyə bilir.

Təcridxanada onunla rəftardan da hər hansı narazılıq bildirmədi.

Bütün dost-tanışa, ondan ötrü narahat olanlara çoxlu salam dedi. Hər kəsin möhkəm olmasını, onun həbsinə görə sıxıntı çəkməmələrini arzulayır".
Geri dön