Ana Sayfa > Karusel / Siyasət / Hadisə > Baş nazirin helikopteri yerə enə bilmədi

Baş nazirin helikopteri yerə enə bilmədi


5-03-2017, 22:47. Yazar: Xeberaz
Baş nazirin helikopteri yerə enə bilmədi

Türkiyə Baş naziri Binəli Yıldırımın olduğu helikopter qatı duman səbəbindən Muş vilayətində hava limanına eniş edə bilməyib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Türkiyə Baş Nazirliyi məlumat yayıb.

Belə ki, aeroporta enə bilməyən helikopter Muş stadionuna yönəlib.

Lakin 3 dəfə edilən cəhdə baxmayaraq, burada da yerə enmək mümkün olmayıb.

Daha sonra isə Vanın Tatvan mahalına uçan helikopter orada Kale məhəlləsində boş əraziyə eniş edib.
Geri dön