Ana Sayfa > Karusel / Hadisə > Son sutkanın yol qəzaları: 3 ölü, 6 yaralı

Son sutkanın yol qəzaları: 3 ölü, 6 yaralı


5-03-2017, 17:45. Yazar: Xeberaz
Son sutkanın yol qəzaları: 3 ölü, 6 yaralı

Martın 4-də Azərbaycanın müxtəlif yerlərində baş vermiş yol qəzalarında 3 nəfər həyatını itirib.Şənbə günü Respublika ərazisində ümumilikdə 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 3 nəfərdən başqa daha 6 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölümlə nəticələnən qəzalar Bakının Lökbatan qəsəbəsində, eləcə də Şəmkir və Göygöl rayonlarında baş verib.

Hər bir faktla bağlı araşdırma aparılır.
Geri dön