Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > “Lukoil”in qarşısında iki maşın toqquşub yandı - Video

“Lukoil”in qarşısında iki maşın toqquşub yandı - Video


5-03-2017, 14:04. Yazar: Xeberaz
“Lukoil”in qarşısında iki maşın toqquşub yandı - Video

Paytaxtda Bakıxanov bazarından üzü “Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

"Xəbəraz.az "Avtosfer.az-a istinadən xəbər verir ki, “Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə “BMW” markalı avtomobil “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub.

Toqquşmadan sonra “Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın “BMW”yə keçib.
Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.


Geri dön