Ana Sayfa > Karusel / Hadisə > “Toyota Prado” piyadanı vurub öldürdü
“Toyota Prado” piyadanı vurub öldürdü4-03-2017, 22:25. Yazar: Xeberaz |
“Toyota Prado” piyadanı vurub öldürdü Göygöldə piyadanı avtomobil vuraraq öldürüb Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hələ ki, kimliyi məlum olmayan piyada dərhal xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. Geri dön |