Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD-dən dəhşətli Novruz tonqalı
İŞİD-dən dəhşətli Novruz tonqalı17-03-2015, 23:41. Yazar: Xeberaz |
İŞİD terror qruplaşması peşmərgə əsgərlərini yandıracağını bildirib. Xeberaz.az -in məlumatına görə, terrorçular əsgərləri martın 21-də - Novruz bayramı günü iordaniyalı pilot kimi qəfəsdə yandıracaqlarını bəyan ediblər. Kərkük cəbhəsinin məsul şəxsi Aso Mamend peşmərgə əsgərləri qarşılığında bəzi şəxsləri azad edə biləcəklərini qeyd edib. "İŞİD-ə təklif etdik ki, əsir düşmüş peşmərgə əsgərləri qarşılığında azad etməyimizi istədikləri şəxslərin adlarını versinlər. Hələlik heç bir cavab verməyiblər", - deyə Aso Mamend bildirib. O, əsgərlərin azad edilməsi üçün cəhdlərini davam etdirəcəklərini də deyib. Qeyd edək ki, Peşmərgə hərbçilərinin əlində çox sayda İŞİD-çi var. Onların bəzilərini öz istəkləri ilə təslim olanlar təşkil edir. Geri dön |