Ana Sayfa > Karusel / M2 > Abşeronda avtomobil qaçıran şəxslərə hökm oxunub

Abşeronda avtomobil qaçıran şəxslərə hökm oxunub


4-03-2017, 18:49. Yazar: Xeberaz
Abşeronda avtomobil qaçıran şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyyətəli Manafov və Teymur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Manafov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən T. Əliyevə isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Abşeron rayonu ərazisində baş verib. Rayon sakini Sənan Hüseynova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Niyyətəli Manafov və Naftalan şəhər sakini Teymur Əliyev tutulublar.
Geri dön