Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Mirzə Ələkbər Sabirin şeiri Mahsun Kırmızıgülün filmində - video
Mirzə Ələkbər Sabirin şeiri Mahsun Kırmızıgülün filmində - video4-03-2017, 18:39. Yazar: Xeberaz |
Müğənni və rejissor Mahsun Kırmızıgülün yeni təqdim etdiyi "Vəzir barmağı" ("Vezir parmağı") filmində Azərbaycanın klassik şairi Mirzə Ələkbər Sabirin "Qorxuram" şeiri səsləndirilib. "Xəbəraz.az "-ın məlumatına görə, filmdən yayılan kadrlarda aktyorlar həmin şeiri Anadolu türkcəsində səsləndiriblər. Diqqətçəkən məqamlardan biri də odur ki, şeirdəki "Harda müsəlman görürəm, qorxuram" misrası çıxarılıb. Türkiyə mediası qalmaqallı filmin məhz bu səhnəsinin kinoteatrlarda böyük alqış aldığını qeyd edib Şeirin Anadolu türkcəsində olan versiyası: Aybalaaaam Şafak vakti düşirem ben Çöllere bala çöllere bala çöllere Kükremiş aslan görirem Kan giyen sırtlan görirem Dalgalı umman görirem Cin görirem can görirem Mezerde hortlak görirem Bin türlü tufan görirem Gullibi yaban görirem korkmirem Korkmirem bala korkmirem Aybalaaaam Bu korkmamazlığım ile Vallahi bala billahi bala tillahi bala Harda bir yobaz görirem Harda bir softa görirem Harda bir molla görirem Korkirem bala korkirem bala korkirem Korkirem bala korkirem Dalgalı fikirlerinden Riyakâr zikirlerinden Korkirem bala korkirem bala korkirem Korkirem bala korkirem Şeirin original versiyası: Payi-piyadə düşürəm çöllərə, -- Xari-müğilan görürəm, qorxmuram. Seyr edirəm bərrü biyabanları, -- Quli-biyaban görürəm, qorxmuram. Gah oluram bəhrdə zövrəqnişin, -- Dalğalı tufan görürəm, qorxmuram. Gah çıxıram sahilə, hər yanda min Vəhşiyi-ğürran görürəm, qorxmuram. Gah şəfəq tək düşürəm dağlara, -- Yanğılı vulkan görürəm, qorxmuram. Gah enirəm sayə tək ormanlara, -- Yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neyistanlara, -- Bir sürü aslan görürəm, qorxmuram. Məqbərəlikdə edirəm gah məkan, -- Qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, -- Cin görürəm, can görürəm, qorxmuram. Xarici mülkündə də hətta gəzib Çox tuhaf insan görürəm, qorxmuram. Bu küreyi-ərzdə mən, müxtəsər, Müxtəlif əlvan görürəm, qorxmuram. Leyk, bu qorxmazlıq ilə, doğrusu, Ay dadaş, vallahi, billahi, tallahi, Harda müsəlman görürəm, qorxuram!.... Bisəbəb qorxmayıram, vəchi var: Neyləyim axır, bu yox olmuşların Fikrini qan-qan görürəm, qorxuram, Qorxuram, qorxuram, qorxuram!.... Geri dön |