Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xəzərdə daha bir meyit tapıldı: itkin neftçilərə aid ola bilər

Xəzərdə daha bir meyit tapıldı: itkin neftçilərə aid ola bilər


4-03-2017, 18:13. Yazar: Xeberaz
Xəzərdə daha bir meyit tapıldı: itkin neftçilərə aid ola bilər

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.


Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında martın 4 – də naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.


Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Geri dön