Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycan tütün idxalını artırıb

Azərbaycan tütün idxalını artırıb


4-03-2017, 16:21. Yazar: Xeberaz
Azərbaycan tütün idxalını artırıb

Bu ilin yanvarında ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,64%-ni təşkil edib

Bu ilin yanvar ayında Azərbaycana 7 417,6 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1974,08 min dollar yaxud 36,27% çoxdur.
Nəticədə, ay ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,64%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 2 050,85 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 802,02 min dollar yaxud 64,22% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,26%-nə bərabər olub.
Geri dön