Ana Sayfa > Karusel / İdman > "Almaniya Azərbaycanla oyuna qələbə üçün çıxacaq" - Yoahim Löv

"Almaniya Azərbaycanla oyuna qələbə üçün çıxacaq" - Yoahim Löv


4-03-2017, 16:10. Yazar: Xeberaz
"Almaniya Azərbaycanla oyuna qələbə üçün çıxacaq" - Yoahim Löv

Almaniya millisinin baş məşqçisi Yoahim Löv martın 26-da Bakıda millimizə qarşı keçiriləcək DÇ-2018-in seçmə oyunu ilə bağlı fikirlərini açıqlayıb.

"Xəbəraz.az "ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Azərbaycanla oyunda da meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Biz meydana həmişə qələbə üçün çıxırıq. Bu dəfə də elə olacaq. Qarşıdakı matçda da öz oyunumuzu göstərəcəyik”.

Löv komandasının qrupda keçirdiyi 4 oyunun hamısında qalib gəldiyini xatırladıb və uğurlu seriyanı davam etdirmək əzmində olduqlarını söyləyib. “Bu cür də davam etməliyik. Top-komanda olduğumuzu növbəti dəfə sübuta yetirməliyik. Buna görə də, qrupda sona qədər dominantlıq etməyimiz vacibdir”.

Xatırladaq ki, DÇ-2018-in Avropa zonasının D qrupunda yer alan Almaniya 12 xalla 1-ci, Azərbaycan isə 7 xalla 3-cü pilləni tutur.
Geri dön