Ana Sayfa > Karusel / İdman > Londonun ən yaxşı məşqçisi və oyunçusu məlum oldu

Londonun ən yaxşı məşqçisi və oyunçusu məlum oldu


4-03-2017, 00:42. Yazar: Xeberaz
Londonun ən yaxşı məşqçisi və oyunçusu məlum oldu

“Çelsi”nin baş məşqçisi Antonio Konte mükafat alıb. Konte Londonun ən yaxşı məşqçisi mükafatına layiq görülüb.

Ötən gün təşkil olunan "London Football Awards" mərasimində ona hədiyyəsi təqdim edilib.

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante isə London klublarında oynayan ən yaxşı futbolçu olaraq mükafatlandırılıb.

Londonun ən yaxşı məşqçisi və oyunçusu məlum oldu


Qeyd edək ki, İPL-də geridə qalan 26 turdan sonra turnir cədvəlində liderdir. O, ən yaxın izləyicisini 10 xal qabaqlayır.
Geri dön