Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Məşhur müğənni konsert öncəsi "baş kəsdi" - VİDEO

Məşhur müğənni konsert öncəsi "baş kəsdi" - VİDEO


3-03-2017, 19:40. Yazar: Xeberaz
Məşhur müğənni konsert öncəsi "baş kəsdi" - VİDEO

Dünyaca məşhur ingilis musiqiçi Rod Stevartın həyat yoldaşı Penny Lankaster və dostlarıyla Abu-Dabidə gəzərkən çəkdiyi bir video tənqid hədəfinə çevrilib.

Videoda musiqiçinin İŞİD edamlarını xatırladan hərəkəti olay olub.

72 yaşlı müğənni dostunun dizləri üzərinə çökməsini istəyir və ardınca onun boğazını kəsirmiş kimi hərəkət icra edir.

Stevartın bu hərəkəti "iyrənc", "axmaqlıq", "qurbanlara və ailələrinə qarşı təcavüzkarlıq" olaraq xarakterizə edilib.

Olayla bağlı üzr açıqlaması edən müğənni Abu-Dabidəki konsertindən əvvəl bu hərəkəti ilə İŞİD edamını deyil, "Game of Thrones" serialından bir səhnəni canlandırdığını söyləyib.

Videonun səhv anlaşıldığını ifadə edən ulduz üzr istəyib.



Geri dön