Ana Sayfa > Karusel / Hadisə / M2 > Moskva-Lənkəran və Kazan-Bakı reysləri ləğv edildi

Moskva-Lənkəran və Kazan-Bakı reysləri ləğv edildi


3-03-2017, 17:54. Yazar: Xeberaz
Moskva-Lənkəran və Kazan-Bakı reysləri ləğv edildi

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "NordStar" aviaşirkətinin iki marşrut üzrə Azərbaycana uçuşları üçün lisenziyasının ləğv edib.

"Xəbəraz.az "Trend-ə istinadən xəbər verir ki, Moskva-Lənkəran və Kazan-Bakı reysləri üçün lisenziya daşıyıcının müraciəti əsasında ləğv edilib.

Bundan əlavə "NordStar" aviaşirkətinə Ufa-Bakı və Norilsk-Ufa-Bakı reysləri üçün verilən lisenziyanın müddəti uzadılıb.
Geri dön