Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV / Ekskluziv > "Anam geyimimi görüb dedi ki, bu nədi?" - Faiq Ağayev - VİDEO

"Anam geyimimi görüb dedi ki, bu nədi?" - Faiq Ağayev - VİDEO


3-03-2017, 13:26. Yazar: Xeberaz

"Anam geyimimi görüb dedi ki, bu nədi?" - Faiq Ağayev - VİDEO

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı xalq artisti Faiq Ağayev olub.

Səhnələrin coşduran siması, konsertlərində dondan-dona girib hər obrazında bir dünya yaradan xalq artisti bu dəfə geyimlərindən danışıb. Sənətçi imici ilə bağlı maraqlı açıqlamalar verərək, ötən ilin son günlərində fanat ordusunu başına yığıb verdiyi iki günlük konsertindən də danışıb:

"Konsertdə mən 7 yeni mahnı ifa etdim. Onun 3-nü konsert öncəsi artıq tamaşaçılar eşitmişdilər. Konsertdə ifa etdiyim elə mahnılar var ki, hələ də nə televiziyada, nə də radioda səslənməyib. Novruz bayramı ərəfəsində "Uşaq kimi" mahnısının müəllifləri Rabil Səfərli və Rauf Sübhinin mənim üçün yazdığı yeni mahnı çıxacaq. Adı "Nə məsələdir?" Çox maraqlı mahnıdır".

2001-ci ildən ara-sıra saçlarını sarı rəngə boyayan Faiq Ağayev son konsertindən sonra da bu imicini dəyişməyib, olduğu kimi saxlayıb:

"Mən 2001-ci ildən ilk dəfə tamaşaçı qarşısına belə sarı saçlarla çıxmışam. Konsertdən sonra da saxlamışam. Çünki xoşuma gəlir. Hələ ki bezməmişəm".

"Qonşuda var, məndə niyə olmasın" deyib gerisini düşünmədən istədiyi paltarları geyinənlərdən fərqli olaraq, xalq artisti üzərindəki geyimdən ikinci bir şəxsdə olanda özünü yaxşı hiss eləmir, üstəlik dərzi ilə yaxından işləyir:

"Mən üzərimdə olan paltarı kimdəsə görəndə pis oluram. Ona görə çalışıram elə bir şey geyinim ki, heç kimdə olmasın. Yaxşı geyim istəyən bəy olsun, xanım olsun, bədəninə görə geyinməlidir, ona görə də, dərziyə getmək lazımdır".

Konsertlərində tez-tez paltar dəyişən müğənni geyim seçimində kifayət qədər diqqətli, üstəlik vasvası olduğunu dilə gətirdi:

"Mənim üçün solo konsert təkcə oxumaq deyil. Bu, bir moda dəfiləsidir. Eynilə tədbirlərə gedəndə də mən elə geyinirəm ki, son trendlərə uyğun olsun. Mənim bədən biçimimə uyğun olsun. Mənə yaraşsın. Bu məsələdə vasvasıyam".

- Faiq, olubmu ki, hansısa geyiminizi bəyənərək almısız, ancaq ananız baxıb və geyinməyi tövsiyə etmiyib.

- Olub, olub. Anam deyib bu nədi? Geyimləri tək-tək görəndə bəyənməyib. Ancaq sonradan əynimdə tam kostyumu görəndə deyib ki, sənin zövqünə söz ola bilməz".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Geri dön