Ana Sayfa > Karusel / Siyasət / Dünya > Kanada 11 sentyabr hücumuna hazırlaşır - Şok sənədlər

Kanada 11 sentyabr hücumuna hazırlaşır - Şok sənədlər


2-03-2017, 19:30. Yazar: Xeberaz
Kanada 11 sentyabr hücumuna hazırlaşır - Şok sənədlər

Kanadanın 11 sentyabr hadisələrinə bənzər hücumla bağlı hərbi hazırlıqlar gördüyü barədə sənədlər yayımlanıb.

"Xəbəraz.az " xəbər verir ki, CBC Nyus telekanalı tərəfindən əldə edilən sənədlərdə ölkənin ən böyük şəhərlərindən olan Torontodakı CN Tover binasına təyyarə hücum olarsa ordu qüvvələri, Krallıq polisi (RCMP) və hökumətin sözügedən təyyarəni necə vuracağı barədə detallar ətraflı izah edilib.

Həmin əməliyyatın “Əzmli qartal” adlandırılacağı da qeyd edilib.

Məsələ ilə bağlı açıqlama verən Kanadanın Baş Qərargah rəhbəri Vans həmin məlumatların doğru istifadə edilmədiyi təqdirdə ölkəyə ciddi zərər verəcəyini bildirib.
Geri dön