Ana Sayfa > Karusel / Siyasət / Dünya > İŞİD Çini hədələdi: “Hədəfdə sizsiniz”

İŞİD Çini hədələdi: “Hədəfdə sizsiniz”


2-03-2017, 18:08. Yazar: Xeberaz
İŞİD Çini hədələdi: “Hədəfdə sizsiniz”

İŞİD terror təşkilatı uyğurları Çinə qarşı mübarizəyə səsləyib.

"Xəbəraz.az "xəbər verir ki, İŞİD yayımladığı müraciətdə, tezliklə, Çinə də gələcəyini bildirib. Terror təşkilatı həmçinin Türkistan İslam Partiyasını mürtəd (dinindən dönmüş – red.) elan edib.

Qeyd edək ki, Türkistan İslam Partiyası uyğurların azadlığı uğrunda mübarizə aparır. Təşkilat 1996-cı ildən fəaliyyət göstərir. TİP xüsusilə Çin və Pakistan ərazisində aktivlik nümayiş etdirir. İndiyə qədər Rusiya, ABŞ, Çin, Pakistan, Qazaxıstan, Qırğızıstan və Avropa Birliyi TİP-i terror təşkilatı kimi tanıyır. Təşkilatın əsas ideologiyası uyğur millətçiliyi, panislamizm hesab edilir.
Geri dön