Ana Sayfa > Karusel / Siyasət > Dövlətə xəyanətdə təqsirləndirilən Natiq Kərimovun məhkəməsi keçirilib

Dövlətə xəyanətdə təqsirləndirilən Natiq Kərimovun məhkəməsi keçirilib


2-03-2017, 15:40. Yazar: Xeberaz
Dövlətə xəyanətdə təqsirləndirilən Natiq Kərimovun məhkəməsi keçirilib

Dövlətə xəyanətdə təqsirləndirilən Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Xəbəraz.az "-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İnqilab Əhədov məhkəmədə ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib. İfadəsində özünü qəti təqsirli bilməyib.


Məhkəmədə şahid qismində 4 nəfər dindirilib. Onlar da istintaqa verdiyi ifadələrini təsdiqləyib.



Qeyd edək ki, ittihama görə, Kərimov Natiq Əlövsət oğlu xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin qurumun tapşırıqlarını yerinə yetirməkdə, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilir.


N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xarici xüsusi xidmət orqanında məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməkdə, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlu da Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.


Geri dön