Ana Sayfa > Karusel / Hadisə > Beş gün əvvəl velosipedlə çaya düşən uşağın meyiti tapılıb

Beş gün əvvəl velosipedlə çaya düşən uşağın meyiti tapılıb


2-03-2017, 15:19. Yazar: Xeberaz
 Beş gün əvvəl velosipedlə çaya düşən uşağın meyiti tapılıb
Beş gün əvvəl Biləsuvarda çayda batan oğlanın meyiti sudan çıxarılıb.

Bu barədə APA-nın cənub bürosuna hadisə yerində olan polis əməkdaşları məlumat veriblər. 12 yaşlı Elçin Mehdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Elçin Asif oğlu Mehdiyev fevralın 25-də həyətdə velosipedlə oynayarkən Balharı çayına düşüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön