Ana Sayfa > Karusel / Dünya / İbadət > İslamla bağlı şok hesabat: XXI əsrin sonunda...

İslamla bağlı şok hesabat: XXI əsrin sonunda...


2-03-2017, 11:04. Yazar: Xeberaz
İslamla bağlı şok hesabat: XXI əsrin sonunda...
İslam XXI əsrin sonunda dünyanın ən məşhur dini olacaq.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiya ABŞ-ın “Pyu Risöç Sentə” təşkilatının hesabatında yer alıb.

Hesabata əsasən, hazırda dünyada yaşayan müsəlmanların sayı ümumi dünya əhalisinin 23%-ni (xristianlar isə 31%-ni – red.) təşkil edir. Əgər hazırkı demoqrafik tendensiya bu tərzdə davam etsə, o zaman bu əsrin sonunda müsəlmanların sayı xristianlardan çox olacaq. Təşkilat müsəlmanların sayının kəskin artmasını doğum göstəriciləri ilə əlaqələndirib.

Proqnoza görə, 2050-ci ildə ən böyük müsəlman əhali Hindistanda olacaq. Onların sayı 300 milyon nəfərə çatacaq. Avropada isə əhalinin 10%-i islama etiqad edəcək.
Geri dön