Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakının mərkəzində böyük tıxac - Səbəb

Bakının mərkəzində böyük tıxac - Səbəb


2-03-2017, 11:01. Yazar: Xeberaz
Bakının mərkəzində böyük tıxac - Səbəb
Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb. Tıxacın səbəbi yolun genişləndirilməsi ilə əlaqədar son günlər aparılan təmir işləridir.

Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, ərazidə aparılan qazıntı işləri Y.Səfərov küçəsinin genişləndirilməsi ilə bağlıdır:

"Küçədə aparılan yenidənqurma işləri çərçivəsində yolun ayırıcı zolağı kiçildilir. Ayırıcı zolaq 4 metrdən 2 metrə endirilir. Qazıntı işləri bir hərəkət zolağı üzrə aparılır. Yolun digər 5 zolağı boşdur. Həmin ərazidə pik saatlarda sıxlıq müşahidə olunur".
Geri dön