Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 25% artıb

Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 25% artıb


28-02-2017, 21:11. Yazar: Xeberaz
Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı 25% artıb
Cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 37 455 nəfər səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 523 nəfər və ya 25,13% çoxdur.

"Xəbəraz.az "bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər edib.

Bu müddətdə Türkiyəyə səfər edənlərin cəmi sayında azərbaycanlıların xüsusi çəkisi illik müqayisədə 0,99 faiz bəndi artaraq 3,55%-ə yüksəlib.

Qeyd edək ki, hesabat ayında Türkiyəyə səfər edən əcnəbilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 9,81% azalaraq 1 055 474 nəfər təşkil edib. Əcnəbilərin 53,14%-i və ya 560 880 nəfəri İstanbul, 13,74%-i və ya 145 046 nəfəri Artvin, 11,20%-i və ya 118 260 nəfəri Ədirnə, 6,13%-i və ya 64 653 nəfəri Antalya, 3,09%-i və ya 32 666 nəfəri Ağrıya səfər edib.
Geri dön