Ana Sayfa > Karusel / İdman > Gəncədə sillə-təpik davası: 2 qırmızı vərəqə...

Gəncədə sillə-təpik davası: 2 qırmızı vərəqə...


28-02-2017, 17:40. Yazar: Xeberaz
Gəncədə sillə-təpik davası: 2 qırmızı vərəqə...

Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Kəpəz” – “Qəbələ” matçında qalmaqal yaşanıb. Hadisənin təməli Gəncə klubunun vurduğu qoldan sonra qoyulub.

Qarşılaşmanın 36-cı dəqiqəsində Şəhriyar Rəhimovun qolu hesaba alınsa da, ötürmə anında futbolçunun oyundankənar vəziyyətdə olub-olmadığı mübahisə doğurur. Qonaqlar buna kəskin şəkildə etiraz etmələrinə baxmayaraq, referinin qərarı dəyişməyib. Bu isə əsəblərin tarıma çəkilməsinə səbəb olub.

Heç 2 dəqiqə keçməmiş hər iki komandanın yarımmüdafiəçiləri Nicat Qurbanov və Nika Kvekveskiri arasında xoşagəlməz hadisə yaşanıb. Belə ki, gürcüstanlı legionerin ikili mübarizədə rəqibinə uduzduqdan sonra arxadan badalaq - təpik atmasını həzm edə bilməyən Gəncə klubunun üzvü onun cavabını sillə ilə verib. Onları digər futbolçular çətinliklə ayırıblar. Oyunun axarını əlində saxlamağa çalışan Əliyar Ağayev isə hər iki oyunçunu qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovub.

Bundan sonra bir neçə dəqiqə oyun dayandırılıb. Lakin sonradan ara sakitləşib və matç qaldığı yerdən davam edib.


Geri dön