Ana Sayfa > Karusel / Hadisə / M2 > Xəzərdə kişi meyiti tapılıb - Neftçi olub-olmadığı araşdırılır

Xəzərdə kişi meyiti tapılıb - Neftçi olub-olmadığı araşdırılır


28-02-2017, 14:50. Yazar: Xeberaz
Xəzərdə kişi meyiti tapılıb - Neftçi olub-olmadığı araşdırılır

“Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində bu gün dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.

Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Geri dön