Ana Sayfa > Karusel / İdman > Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi

Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi


28-02-2017, 13:34. Yazar: Xeberaz
Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb.Görüş zamanı braziliyalının Azərbaycan millisində iştirakı müzakirə olunub.

Almeyda Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.

İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.
Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi
Geri dön