Ana Sayfa > Karusel / Hadisə / Maraqlı / Foto-fakt > Ağstafada UNİKAL ADDIM - İşıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

Ağstafada UNİKAL ADDIM - İşıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

28-02-2017, 10:53. Yazar: Xeberaz
Ağstafada UNİKAL ADDIM - İşıqfor əvəzinə güzgü quraşdırılıb - FOTO

Ağstafa rayonunun Göycəli kəndi ərazisində yol qovşağına işıqfor və ya yol nişanı əvəzinə güzgü quraşdırılıb və avtomobillərin hərəkəti də bu güzgü vasitəsi ilə tənzimlənir.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, ideya kənd sakini Qabil Mahmudova məxsusdur.
O, bu addımı ərazidə baş verən yol qəzalarının qarşısını almaq məqsədi ilə atdığını deyib.
"Yol kəsişməsində əvvəllər tez-tez qəzalar olurdu, tələfat qeydə alınırdı. Bura güzgü quraşdırılandan sonra isə Göycəlidə avtomobil qəzası baş verməyib. Sürücülər də bu vasitənin tətbiqindən məmnundurlar", - deyə Q.Mahmudov bildirib.
Hündürlüyü 2 metrə çatan güzgünün səmərəli olacağı təqdirdə daha böyüyü ilə əvəzlənəcəyi bildirilir.

Geri dön