Ana Sayfa > Karusel / Dünya / Foto-fakt > Kiyevdə körpü çökdü — FOTOLAR

Kiyevdə körpü çökdü — FOTOLAR


28-02-2017, 03:05. Yazar: Xeberaz
Kiyevdə körpü çökdü — FOTOLAR
"Xəbəraz.az " xəbər verir ki, şəhərin mərkəzində iki böyük rayonu birləşdirən avtomobil körpüsü dağılıb. Hadisə barədə məlumatı Ukraynanın “ICTV” telekanalı yayıb. Yayılan məlumatlara görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Lakin dağılan körpünün daşları aşağıdan keçən avtomobillərin üzərinə tökülüb Nəticədə Bir neçə maşına ziyan dəyib.

Hadisə yerinə Kiyevin meri Vitali Kliçko gəlib. O, əraziyə baxış keçirib və hadisə ilə bağlı araşdırmaların aparılacağını deyib.

“Düşünürəm ki, körpü istismar qaydalarının pozulması nəticəsində uçub. İstismar vaxtını keçən körpünün üstülə hərəkət edən avtomobillər həddindən artıq yük daşıdıqları üçün natarazlıq yaranıb. Nəticədə körpünün bir hissəsi uçub”, - deyə Kliçko bildirib.
Geri dön