Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan İsraildən bu silahları alıb – Hesabat

Azərbaycan İsraildən bu silahları alıb – Hesabat


27-02-2017, 17:47. Yazar: Xeberaz
Azərbaycan İsraildən bu silahları alıb – Hesabat
Azərbaycan keçən il İsrailin Dəmir Qübbə raketdən müdafiə sistemlərini və Tamir raketlərini sifariş verib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiya Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb. Təşkilat Azərbaycanın İsraildən OPV-62 gözətçi gəmiləri, Barak-8 zenit-raket kompleksləri, EL/M -2080 Qrin Payn raketdən müdafiə üçün radar sistemləri, LAHAT tank əleyhinə raketlər, Spayk-NLOS universal raketləri, EL/M-2288 AD-STAR radarları, Harop zərbə pilotsuz uçan aparatları, SandCat zirehli avtomobilləri və Spayk-MR/LR raketləri aldığını bildirib.

Hesabata əsasən, İsrail Azərbaycanın ən çox silah idxal etdiyi ölkələr sırasına daxil olub.
Geri dön