Ana Sayfa > Karusel / Hadisə > Yanacaqdaşıyan maşın qəzaya düşdü: 4 yaralı

Yanacaqdaşıyan maşın qəzaya düşdü: 4 yaralı


27-02-2017, 17:39. Yazar: Xeberaz
Yanacaqdaşıyan maşın qəzaya düşdü: 4 yaralı

Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az " xəbər verir ki, hadisə Ələt- Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər - Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.
Geri dön