Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > "Çörək pulu" alan məcburi köçkünlərin nəzərinə

"Çörək pulu" alan məcburi köçkünlərin nəzərinə


27-02-2017, 11:58. Yazar: Xeberaz
"Çörək pulu" alan məcburi köçkünlərin nəzərinə


Məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” dövlət başçısının 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 2017-ci il 14 fevral tarixli 1243 nömrəli Fərmanında yerli və əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri, kommunal xidmət təşkilatlarına göstərilən obyektlərdə faktiki yaşayan məcburi köçkünlərin adlı siyahılarının hazırlayaraq Dövlətqaçqınkoma təqdim etmələri tapşırılıb.

Lakin həmin siyahıların hazırlanması və dəqiqləşdirilməsi prosesi daha çox vaxt apardığından məcburi köçkünlərə fevral ayında veriləcək vahid aylıq müavinətin və kommunal xidmət təşkilatlarına ödənişlərin mart ayında iki aylıq verilməsi nəzərdə tutulur.





Geri dön