Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycan Gürcüstana 302 milyon dollar investisiya qoyub Statistika xidməti rəqəmləri açıqladı.

Azərbaycan Gürcüstana 302 milyon dollar investisiya qoyub Statistika xidməti rəqəmləri açıqladı.


11-03-2015, 22:44. Yazar: Xeberaz
Azərbaycan Gürcüstana 302 milyon dollar investisiya qoyub Statistika xidməti rəqəmləri açıqladı.
2014-cü ildə Gürcüstana qoyulan birbaşa xarici investisiyalar (BXİ) 1 272 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın Milli statistika xidmətinin məlumatına əsasən, bu, ilkin göstəricidir və bu göstərici 2013-cü ilin ilkin göstəricilərini 39%, dəqiqləşdirilmiş göstəricilərini isə 35,1% üstələyir.

Xeberaz.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 2014-cü ildə birbaşa xarici investisiyaların ümumi həcmində təkrar investisiyaların payı 21% təşkil edib. 2013-cü ildə bu göstərici 29%, 2012-ci ildə isə 13% təşkil edib.

2014-cü ildə Gürcüstanın ən iri investoru Niderland olub – 331 milyon ABŞ dolları ilə (ümumi BXİ həcminin 26%-i). İkinci yerdə 302 milyon ABŞ dolları ilə Azərbaycandır (24%), üçüncü yerdə isə 195 milyon ABŞ dolları ilə Çindir (15%).

Ən çox investisiya nəqliyyat və rabitə (343 milyon ABŞ dolları), tikinti (295 milyon ABŞ dolları), emal sənayesi (174 milyon ABŞ dolları), energetika (99 milyon ABŞ dolları) və daşınmaz əmlak (87 milyon ABŞ dolları) sahələrinə qoyulub.
Geri dön