Ana Sayfa > Karusel / Dünya > Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək

Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək


26-02-2017, 21:01. Yazar: Xeberaz
Sabah Avropa İttifaqı Gürcüstan üçün viza rejimini ləğv edəcək

Sabah Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə yekun qərar qəbul edəcək.

"Xəbəraz.az "APA-ya istinadan xəbər verir ki, bu məsələ Avropa İttifaqı Şurasının fevralın 27-də keçiriləcək iclasının gündəliyinə salınıb.

Qərar martın sonlarında qüvvəyə minəcək. Ukraynaya münasibətdə viza rejiminin liberallaşdırılması ilə bağlı müzakirələr fevralın 28-də davam etdirilməlidir. Avropa Parlamentində səsvermədən və Avropa İttifaqı Şurasının təsdiqləməsindən sonra Ukrayna vətəndaşları üçün vizasız rejim bir neçə ay sonra qüvvəyə minəcək.
Geri dön