Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes > Aparıcı Leylanın qohumu faciəvi şəkildə öldü

Aparıcı Leylanın qohumu faciəvi şəkildə öldü


25-02-2017, 17:24. Yazar: Xeberaz


Aparıcı Leylanın qohumu faciəvi şəkildə öldü



Xəbər verdiyimiz kimi, ötən gün Lerik rayonunda qar uçqunu nəticəsində bir ev çöküb.

Uçqun nəticəsində həlak olanlar arasında "Xəzər" televiziyasının "Ənənə boxçası" verilişinin aparıcısı Leyla Mustafayevanın bibisi də var.

Qeyd edək ki, Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin həyat yoldaşı, 1961-ci il təvəllüdlü Şövkət Mustafayeva, gəlini, 1994-cü il təvəllüdlü İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.


Geri dön