Ana Sayfa > Karusel / Maraqlı > Uzunömürlü və sağlam münasibətin yolları

Uzunömürlü və sağlam münasibətin yolları


23-02-2017, 20:55. Yazar: Xeberaz
Uzunömürlü və sağlam münasibətin yolları

"Xəbəraz.az " xarici KİV-ə istinadən uzun müddətli və sağlam əlaqənin formulunu təqdim edir:

1. Bölüşmək - sağlam münasibətin ən mühüm amillərindən biri də duyğu və düşüncələrin bölüşülməsidir.

2. Özünü sevmək - xoşbəxtliyi öncə öz içinizdə tapmalı və özünüzü sevməlisiniz ki, sağlam münasibət quru və özünüzü sevdirə biləsiniz.

3. Keçmişi unutmaq - eçmiş əlaqələri keçmişdə buraxın, mühakimə etməyin və sizə problem yaratmasına icazə verməyin. Çünki münasibətlər keçmişə deyil, gələcəyə doğru qurulur.

4. Ortaq maraq dairəsi yaratmaq – bu, münasibətlərin tez və uzunömülü qurulmasına kömək edir.

5. Münasibətinizi xarici təsirlərdən qorumaq - üçüncü şəxsin münasibətdə olduğunuz insanla aranıza girməyinə icazə verməyin. Heç kim sizin həqiqətən nəyə ehtiyacınız olduğunu və nəyə dəyər verdiyinizi sizdən yaxşı qiymətləndirə bilməz.

6. İşi münasibətdən üstün tutmamaq - iş günü başa çatdıqda, işiniz tamamilə iş yerində qalmalıdır.

7. Küsməmək - mübahisə etsəniz belə, münasibətinizi heç vaxt tam kəsməyin.

8. Fərqli olmaq - fərqlilik sağlam əlaqənin əsasını təşkil edir.

9. Qısqanmamaq - həddindən artıq qısqanc olmaqdan uzaq durun. Bu, münasibətlər arasında soyuqluq, etibarsızlıq yaradır.

10. Dinləyəyi bacarmaq – münasibət qurduğunuz insanla eyni fikirdə olmasanız belə, onun ideyalarına hörmət edin və sona qədər dinləyin. Demək istədiyinizi dolayı yollarla deyil, dəqiq şəkildə ifadə edin.
Geri dön