Ana Sayfa > Karusel / İbadət > Bir gündə üç dəfə talaq demək boşanma sayılır?

Bir gündə üç dəfə talaq demək boşanma sayılır?


23-02-2017, 20:40. Yazar: Xeberaz
Bir gündə üç dəfə talaq demək boşanma sayılır?


Üçü də eyni vaxtda deyilən talaq bir talaq sayılır, çünki bir talaq zamanı qadının "iddə" (gözləmə) müddəti keçməlidir. Əgər bu dövr ərzində kişi qadının qaytarsa, yenidən kəbin kəsdirməyə ehtiac yoxdur.

Kişi qadına "səni boşadım" və ya boşamaq niyyəti ilə "ailənin yanına get" kimi sözlər desə, artıq onu boşamış sayılır. Boşanmış qadın başqa kişiyə ərə getmədən iddə müddəti gözləməlidir. İddə müddəti qadının üç dəfə heyz olub qurtarmasını gözləməsinə deyilir. İddə müddəti bitmədən qadınla kişi arasında yaxınlıq (cinsi əlaqə) olarsa, nikah bərpa olunmuş sayılır. İddə müddəti bitdikdən sonra kişi ilə qadın yenidən evlənə bilərlər. Bu halda yenidən kəbin olmalı, qadının vəlisinin razılığı, şahidlərin iştirakı, qadına mehr verilməsi və digər şərtlər yerinə yetirilməlidir.




Geri dön