Ana Sayfa > Karusel / Gündəm > “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək – SƏBƏB

“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək – SƏBƏB


23-02-2017, 15:48. Yazar: Xeberaz
“Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək – SƏBƏB

Fevralın 26-da “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində işləyəcək.

"Xəbəraz.az "xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, gücləndirilmiş iş rejiminə keçidin səbəbi Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədardır.

N.Paşayev əlavə edib: “Metronun “Xətai” stansiyası Xocalı abidəsinə yaxın yer olduğu üçün həmin gün ora daha çox sərnişinin gəlməsi gözlənilir. Ona görə də, əsasən həmin stansiya gücləndirilmiş iş rejimində işləyəcək”.
Geri dön