Ana Sayfa > Karusel / İdman > "Real"a daha bir zərbə

"Real"a daha bir zərbə


23-02-2017, 15:37. Yazar: Xeberaz
"Real"a daha bir zərbə

İspaniya La Liqasının XVI turundan təxirə salınmış "Valensiya"ya ilə oyunda uduzan (1:2) "Real" aparıcı futbolçusunu da itirib.

"Xəbəraz.az " İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən Rafael Varanın əzələsində problem aşkarlanıb.

İlkin müayinədən sonra 23 yaşlı müdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Geri dön