Ana Sayfa > Karusel / İqtisadiyyat > Türkiyəli nazir: "Azərbaycanla ticarət həcmi potensiala cavab vermir" - FOTO

Türkiyəli nazir: "Azərbaycanla ticarət həcmi potensiala cavab vermir" - FOTO


23-02-2017, 14:20. Yazar: Xeberaz
Türkiyəli nazir: "Azərbaycanla ticarət həcmi potensiala cavab vermir" - FOTO

"Türkiyə və Azərbaycan arasında kənd təsərrüfatı məhsulları üzrə ticarətin həcmi potensiala cavab vermir".

"Xəbəraz.az " xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan arasında mövcud 120 milyon dollar həcmində kənd təsərrüfatı məhsullarının ticarət həcmi potensiala cavab vermir: "Biz bu səviyyəni artırmalı və ixrac məhsullarının çeşidini genişləndirməliyik".

Nazir bildirib ki, iki ölkə arasında bir çox sahələrdə əlaqələri inkişaf etdirmək mümkündür: "Bu gün keçirilən biznes-forum iki ölkənin iş adamları arasında sıx əlaqə yaradacaq".

F.Çelik Azərbaycanın kənd təsərrüfatı nazirini fəxri qonaq qismində Türkiyədə keçiriləcək Afrika ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantısına dəvət edib.
Geri dön