Ana Sayfa > Karusel / Qoroskop > Dünən sensasiya vəd etdi, amma... – Astroloq danışdı

Dünən sensasiya vəd etdi, amma... – Astroloq danışdı


23-02-2017, 14:14. Yazar: Xeberaz
Dünən sensasiya vəd etdi, amma... – Astroloq danışdı

Fevralın 22-də sensasiya olacağı barədə məlumat yayan astroloq Səbuhi Rəhimlinin proqnozu özünü doğrultmadı.

Səbuhi Rəhimli dünən Bakı vaxtilə saat 12:30-dan 22:40-a qədər olan aralıqda gözlənilməz hadisələr olacağını iddia etmişdi. "İki tutulma arasında" başlıqlı köşə yazısında 11-26 fevral periodunun asan keçməyəcəyini qeyd edən Səbuhi Rəhimli planetar quruluşun gərgin günlərindən biri kimi fevralın 22-nə diqqəti çəkmişdi. “Günün astroloji xəritəsi böyük sensassiya olacağından xəbər verir”, - astroloq vurğulamışdı.

Səbuhi Rəhimli proqnozunun gerçəkləşməməsi ilə bağlı "Xəbəraz.az " bildirib ki, hazırda astroloji fonda gərginlik qalmaqdadır:

“Məni o saat ittiham etmək doğru olmaz, çünki mütəxəssislər bilirlər ki, astrologiyada deyilən proqnoz bir müddət sonra və ya tamam başqa bir zonada baş verə bilər. Ona görə də hələ gözləmək lazımdır”.
Geri dön