Ana Sayfa > Karusel / Hadisə > Gəncədə iki bacı dəm qazından boğularaq ölüb

Gəncədə iki bacı dəm qazından boğularaq ölüb


22-02-2017, 22:01. Yazar: Xeberaz
Gəncədə iki bacı dəm qazından boğularaq ölüb

Gəncədə dəm qazından boğulma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Abdulla Şur, 70 ünvanında qeydə alınıb.
Orada yaşayan 1939-cu il təvəllüdlü Rəna Nəbiyeva və onun bacısı 1960-cı il təvəllüdlü Zəhra Abdullayeva dəm qazından boğularaq ölüblər.

Məlumata görə, qonşu bacıların evinə gələrək onları çağırıb, lakin cavab almayıb. Onların evdə olduğuna əmin olan qonşu dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü müəyyənləşdirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön