Ana Sayfa > Karusel / Hadisə > Neft Daşlarında hadisə - Kabel körpüsündən yıxılaraq öldü

Neft Daşlarında hadisə - Kabel körpüsündən yıxılaraq öldü


22-02-2017, 20:10. Yazar: Xeberaz
Neft Daşlarında hadisə - Kabel körpüsündən yıxılaraq öldü


Bu gün saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.
"Xəbəraz.az " SOCAR-a istinadən xəbər verir ki, o, aldığı xəsarətdən keçinib.

Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Geri dön