Ana Sayfa > Karusel / Hadisə / Dünya / Maraqlı / Foto-fakt > Həkimlər heyrətləndilər: iki dişli qız doğuldu - FOTO

Həkimlər heyrətləndilər: iki dişli qız doğuldu - FOTO


22-02-2017, 11:11. Yazar: Xeberaz
Həkimlər heyrətləndilər: iki dişli qız doğuldu - FOTO


Britaniyada unikal hadisə yaşanıb. İngiltərənin Uorikşir qraflığındakı Reqbi şəhərində ağzında iki dişi olan qız doğulub.

Kiçik Ella-Rousun anası 29 yaşlı Samanta Laynsın dediyinə görə, övladının alt damağında iki diş var.

"Hələ də şokdayam. Üstəlik, onu əmizdirmək də asan deyil. Qızımın dişləri olduğundan məni dişləyir", - Samanta söyləyib.

Uşaqların yalnız 6 aya çatanda dişləri çıxmağa başlayır.

Ella-Rousun atası 42 yaşlı Ceyson Dumbsun dediyinə görə, onlar illərdən bəri valideyn olmaq istəsələr də arzularına çatmırdılar: "Samantanın hamiləlikləri indiyədək uğursuzluqla bitirdi. Şükür Tanrıya ki, sonucda bu qız doğuldu. O, bizi bəxtəvər etdi".

Həkimlər heyrətləndilər: iki dişli qız doğuldu - FOTO
Həkimlər heyrətləndilər: iki dişli qız doğuldu - FOTO
Geri dön