Ana Sayfa > Karusel / Hadisə / Maraqlı / Xəbəraz TV > Ölüm riskli tryuku ilə məşhurlaşan gözəl: "Az qaldı ürəyim dayansın" - VİDEO - FOTO

Ölüm riskli tryuku ilə məşhurlaşan gözəl: "Az qaldı ürəyim dayansın" - VİDEO - FOTO

21-02-2017, 20:17. Yazar: Xeberaz
Ölüm riskli tryuku ilə məşhurlaşan gözəl: "Az qaldı ürəyim dayansın" - VİDEO - FOTO

Rusiyalı model, müğənni Eqor Kridin sabiq sevgilisi Viktoriya Odintsovaya qarşı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) cinayət işi açıla bilər. Dubay şəhərindəki "Cayan Tower" göydələninə dırmaşan V.Odintsova orada 300 metr yüksəklikdə dostunun bir əlindən tutub sallanmışdı.

23 yaşlı V.Odinstovanın əlindən tutan şəxs "Oleq Kriket" kimi tanınan Oleq Herstyaçenkodur. Əvvəllər parkurçu olmuş bu şəxs indi göydələnlərin damlarındakı tryukları ilə tanınır.

Dubaydakı tryukun videosu və fotoları sosial şəbəkələrdə yayılandan sonra V.Odintsova daha da məşhurlaşdığını deyib.

Əslən Sankt-Peterburqdan olan V.Odinstovanın ölüm təhlükəli bu kadrlarının sifarişçisi Moskvadakı "Mavrin" model agentliyidir.

"Oradakı tryuku hazırlayanda qorxmurdum. Amma Oleq əlimdən tutub məni aşağı sallayanda bərk qorxdum. Az qaldı ki, ürəyim yatsın", - V.Odintsova deyib.

"Mavrin" agentliyinin sahibi Aleksandr Mavrin çəkilişlərə gənc və cazibədar modelləri dəvət edir.

Dubay polisi olayla bağlı araşdırmalara başlayıb. Polis idarəsinə çağırılmış V.Odintsova və O.Şerstyaçenko bundan sonra şəhərdəki göydələnlərin damlarında tryüklər etməmək barədə iltizam imzalayıblar.

Geri dön