Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Naxçıvanla sərhəddəki qəzada ölənlərdən biri tələbə idi

Naxçıvanla sərhəddəki qəzada ölənlərdən biri tələbə idi


21-02-2017, 00:06. Yazar: Xeberaz
Naxçıvanla sərhəddəki qəzada ölənlərdən biri tələbə idi



Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan biri Naxçıvan Universitetinin tələbəsi olub.

Fərhad Fərhadlı universitetin Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi idi. O, Ordubad rayonunun Kotam kəndində doğulmuşdu.

Valideynləri Türkiyədə yaşadığı üçün o Naxçıvana təhsilini davam etdirməyə qayıdırdı.

Dünyasını dəyişənlərdən 3 nəfərinin adı məlum olub. Bunlar Fərhad Fərhadlı, Süleyman Əliyev və Zivər Səfərovadır.



Geri dön