Ana Sayfa > Karusel / Hadisə > Göygöldə iki “VAZ” toqquşdu - ər ilə arvad xəsarət aldı

Göygöldə iki “VAZ” toqquşdu - ər ilə arvad xəsarət aldı


20-02-2017, 21:17. Yazar: Xeberaz
Göygöldə iki “VAZ” toqquşdu - ər ilə arvad xəsarət aldı



Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Göygöl-Toğanalı avtomobil yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ2107” markalı avtomobilin toqquşması nəticəsində kənd sakini, 1954-cü il təvəllüdlü Şəmsəddin Qurbanov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Nafə Abbasova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri dön