Ana Sayfa > Karusel / Hadisə > Bakıda FACİƏ: bir ailədən 6 nəfər xəstəxanaya aparıldı, kişi öldü

Bakıda FACİƏ: bir ailədən 6 nəfər xəstəxanaya aparıldı, kişi öldü


20-02-2017, 15:45. Yazar: Xeberaz
Bakıda FACİƏ: bir ailədən 6 nəfər xəstəxanaya aparıldı, kişi öldü


Bu gün Suraxanı rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub. Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun ölümü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə və azyaşlı oğlu İbrahimin xəstəxanaya düşməsi ilə nəticələnən hadisənin mənzilin mətbəxindəki qaz sobasının səbəb olduğu üzə çıxıb.


Məlum olub ki, evdəki su qızdırıcısı da mətbəxdə quraşdırılıb və buradan yayılan dəm qazı mənzilə yayılıb.


Hadisə ilə bağlı ilk olaraq H.Seyidovun bacısı Pərvanə xəbər tutub. Zəhərləndiyini hiss edən qadın evdəki digər şəxsləri yuxudan oyadıb və bu zaman H.Seyidovun artıq vəfat etdiyi məlum olub.


Araşdırmalar davam etdirilir.

*****

11:55

Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Bu gün Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər. Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.


Geri dön