Ana Sayfa > Karusel / Hadisə > İqdırdakı qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb - XİN - YENİLƏNİB

İqdırdakı qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb - XİN - YENİLƏNİB


20-02-2017, 13:47. Yazar: Xeberaz
İqdırdakı qəzada 26 Azərbaycan vətəndaşı yaralanıb - XİN - YENİLƏNİB

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.
Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.
Geri dön